Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Almaniya informasiya agertliyi DPA: “Baş nazir B.Yıldırım ABŞ-na səfərə gedir”. Türkiyənin baş naziri Binali Yıldırım 7-10 noyabr tarixlərində Birləşmiş Ştatlara səfər edəcək. Hökumət başçısı səfər zamanı ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək və terrora qarşı mübarizə, Ankara və Vaşinqton arasında siyasi, iqtisadi, hərbi sahələrdə münasibətlər, viza rejimi ilə əlaqəli problem barədə danışıqlar aparacaq. Bu, Donald Trampın hakimiyyətə gəlişindən sonra Türkiyədən Vaşinqtona baş nazir səviyyəsində ediləcək ilk səfər olacaq.

Amerika Birləşmiş Ştatları, Turkish American New Xəbər Portalı: "Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-da 26 nəfərin həlak olması ilə nəticələnən silahlı hücumu pisləyib. Türkiyə ABŞ-ın Texas ştatındakı hücumu qınadığı açıqlamasında: “Hadisədə həyatını itirənlərin ailələrinə və Amerika xalqına başsağlığı veririk”.

Rusiya xəbər agentliyi Sputnık: “Türkiyənin Xarici İşlər Naziri Çavuşoğlu YPG-nin suriya milli dialoq konqresinə daxil edilməsini istəmədiklərini bildirib” .

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Antaliyada təşkil edilən ‘THY Open 2017’ mükafat mərasimindən sonra jurnalistlərin suallarını cavablandırdı. Çavuşoğlu, Rusiyanın Suriyada hökumət tərəfdaşı və müxalif qrupları bir araya gətirmək məqsədiylə Suriya Milli Dialoq Konqresinə xain terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması YPG-ni dəvətinə görə yığıncağın təxirə salınması ilə əlaqəli suala” münasibət bildirib. Konqresin yaradılması mövzusunda tələsikçi addımlar atılmamalı deyən Çavuşoğlu, YPG kimi bir terror təşkilatının belə bir formalaşmaya daxil edilməsini istəmirik. Bu fikrimizi Ruslara da bildiririk.

Yunanistan Newsbomb xəbər agentliyi: “Çavuşoğlu ilə dragasakis arasında görüş olub”.

Türkiyə Respublikasının Baş naziri müavini Hakan Çavuşoğlu, Yannis Dragasakis ilə görüşüb. Danışıq zamanı ikitərəfli iqtisadi əlaqələr ələ alınıb. Yunanıstan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə zərurət olduğunu ifadə edən Yannis Dragasakis, ikitərəfli ticarət və investisiyaların artacağını vurğulayıb. Avropa İttifaqı-Türkiyə arasında imzalanmış qaçqın müqaviləsinin də gündəmə daxil edildiyi görüşdə sənədin tətbiqinin davamı vurğulanıb.



Әlaqәli Xәbәrlәr