Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

ABŞ informasiya agentliyi AP: “Türkiyə terror təşkilatı fətoya qarşı mübarizədə Nigeriyanın dəstəyini istəyib”. Prezident Rəcəb Tayyib Ərdoğan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya və Pakistan kimi inkişaf etməkdə olan ölkələrin qatıldığı D-8 sammiti üçün Türkiyədə səfərdə olan Nigeriya prezidenti Məhəmməd Buxari ilə bir araya gəlib.

Prezident Ərdoğan görüş zamanı Nigeriyalı həmkarına Boko Haram qruplaşmasına qarşı mübarizədə, Türkiyənin dəstəyinin davam edəcəyini, ancaq Nigeriyanın da Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY) ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq etməsinin lazımlı olduğunu vurğulayıb.

İran xəbər agentliyi İRNA: “İran- Türkiyə arasında iki əməkdaşlıq müqaviləsi imzalandı”

Türk rəsmilərlə bir araya gəlmək və D-8 liderlər sammitinə qatılmaq üçün Ankarada səfərdə olan İranın vitse-prezidenti İshaq Cihangir, Baş nazir Binali Yıldırım ilə görüşüb. Danışıqlar zamanı İran Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzi ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) arasında elm və texnologiya sahəsindəki əməkdaşlıq edilməsinə dair razılaşma mətni və ekologiya sahəsində əməkdaşlığı nəzərdə tutan razılaşma imzalanıb.

Rusiya informasiya agentliyi sputnik: “Avropa İttifaqi işləri üzrə nazir Ömər Çelik, keçirilən Avropa İttifaqının zirvə toplantısında Türkiyə ilə əlaqələr mənfi bir qərar və ya fikirin bəyan edilməsini istəmirik. Aİ müzakirə tutumu olan, üsul təklif edən olaraq mənəvi üstünlüyə sahib bir təşkilatdır. Alyans müzakirə qabiliyyətini itirdikdə, eyni vaxtda bu mənəvi üstünlüyünü də itirər “

Almaniya, Deutsche Welle (Dw) media quruluşu: "Türkiyə ilə ABŞ arasında viza böhranına dair müzakirələr davam edir.

Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı viza böhranının həlli ilə əlaqəli qarşılıqlı danışıqlar ABŞ nümayəndə heyəti ilə Xarici İşlər Nazirliyi rəsmiləri arasında baş tutdu. Müsbət nəticə əldə ediləcəyinə ümidvarlıqla baxılan danışıqlar haqqında ABŞ- məlumat çatdıracaq olan heyət ilə Türk rəsmilər 5 saat davam edən ilk danışıqlarda nəhai nəticə əldə edəbilmək üçün müzakirələrin davamı mövzusunda razılaşıblar.



Әlaqәli Xәbәrlәr