Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

İtalya informasiya agentliyi Askanews, “Türk Silahlı Qüvvələri İdlibə daxil oldu” başlıqlı xəbərində: Türk Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində daxil olub. Türkiyə, Astana prosesində Rusiya və İranla əldə edilən razılaşma çərçivəsində bölgədə təhlükəsiz zona yaradmaq istəyərkən, Türk ordusu, bölgədə qarşıdurmaların sona çatdırılması məqsədiylə müşahidə məntəqələri yaradır.

Almaniya media orqanı Deutsche Welle: “Somalıda bombalı hücum nəticəsində yaralananlar Türkiyədə müalicə olunacaqlar”. Prezident administrasiyasının sözcüsü İbrahim Kalın, şənbə günü Somalinin paytaxtı Moqadişuda bomba ilə təchiz edilmiş avtomobil ilə həyata keçirilən terror aktını lənətlədiyini və xain insidentdə yaralananlardan bəzilərinin müalicə məqsədiylə Türkiyəyə gətiriləcəyini bildirib. Kalının sosial media hesabındakı açıqlamasında bildirilib ki, preziden Ərdoğanın təlimatıyla bir hərbi təcili tibbi yardım təyyarəsi, dava-dərman və tibbi ləvazimat aparmaq və yaralıları Türkiyəyə gətirmək üzrə moqadişuya yola düşüb.

Rusiya xəbər agentliyi sputnik: "Türkiyənin turizm cənnəti Bodrumda Rusiya Mədəniyyət Günləri tədbiri keçirilib”. Muğlanın Bodrum qəsəbəsində, sayca 3-cü təşkil edilən Rusiya Mədəniyyət Günləri tədbirində Rus və Türk mətbəxinin ləzzətlərindən nümunələr tanıtılıb. Bodrum Təqdimat Fondu və Bodrum Bələdiyyəsi ilə bodrum.com.ru internet saytının əməkdaşlığı ilə təşkil edilən tədbir çərçivəsində rəqs nümayişi də olub. Rəq qrupu əllərində Türk və Rus bayraqları ilə hünərlərini sərgiləyiblər.

Kırım xəbər agentliyi KHA: “Sayca 53-cü təşkil edilən preziden velosipet yürüşü sona çatdı”. 10 oktyabrda Alanyada start götürən Türkiyə üzrə 53-cü Prezident Velosiped yürüşünün son mərhələsi İstanbulda reallaşdırıldı. 13 komandadan 93 velosipetçinin mübarizə etdiyi mərhələnin birincisi Birləşmiş Aarap Əmirlikləri Komandası Emiratesin İtaliyalı velosipetçisi Diego Ulissi oldu.

 



Әlaqәli Xәbәrlәr