Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

İran informasiya agentliyi Fars: “Almanlar, Prezident Ərdoğanın İran ilə dialoqu  qarşısında   çaşqınlar.  Narahat  olduqlarını   gizlǝdǝ  bilmirlǝr”. Prezident Rəcəb Tayyib Ərdoğanın İraq Kürd Regional rəhbərliyində 25 Sentyabrda baş tutan geyri-qanuni müstəqillik referendumundan sonra İrana rəsmi səfərə getməsi, bölgədə olduğu kimi Qərbdə də diqqətləri çəlb edib. Eləki, Türkiyənin, İran kimi güçlü qonşusu ilə ikitərəfli əlaqələri inkişaf etdirməsi Almaniya mediasının diqqət mərkəzində iştirak edib. Almaniya informasiya saytı Deutsche Welledǝ, Prezidentin İrana səfəri, ‘Türkiyə-İran’ ittifaqı başlığı ilə əsk etdi. Qərb bu yaxınlaşmadan narahatdır. Bunun səbəbi isə bölgə ilə əlaqəli planlarının puça çıxacağını idrak etmələridir.

Türk Amerika Veb Portalı: ABŞ Konqresi Namizədi Max Rose, Türkiyəni ziyarət etmək üçün sǝbirsizlindiyini bildirib.”

Demokratik Partiyanın ABŞ Konqresi namizədi Max Rose, Türkiyənin, ABŞ-nin milli maraqları baxımından əhəmiyyət kəsb etdiyini bunun bir çox səbəbinin olduğunu ifadə edərək: “Türkiyə NATO müttəfiqidir. Eyni vaxtda Yaxın Şərqdə sabitliyin qalası hesab edilir. Ölkələrimiz arasında terrora qarşı mübarizə mövzusunda güçlü əməkdaşlıq mövcutdur. ABŞ ilə Türkiyə arasındakı dostluq gözdən yayındırıla bilməz. Bu səbəbdən də ittifqın davam edə bilməsi üçün lazımlı səyi etməliyik. ABŞ-da çox sayda Türkiyə vətəndaşı yaşayır. Bu baxımdan da iki ölkə arasında güçlü mədəniyyət və iqtisadi münasibətlər var.

 Beynəlxalq CNN informasiya kanalı: “Nüvə stansiyası 2023-cü ilə dək tamamlanacaq”. Enerji və təbii sərvətlər naziri Berat Albayrak, Mersində inşa edilməsi planlaşdırılan Akkuyu Nüvə stansiyanın yaxın gələcəkdə təməlinin qoyulacağını və 2023-ə dək layihənin tamamlanacağını bildirib. O həmçinin qeyd edib ki, Türkiyə 2018-ci ildə geofiziki xəritəsini də tamamlayacaq. Trans Anadolu Təbii Qaz Boru Xətti layihəsinin isə planlaşdırıylan tarixdən əvvəl tamamlanacağını ifadə edən nazir Albayrak, 2020-ci  ili ilk rübündə Azərbaycan qazının Avropa bazarlarına çatdırılacağını sözlərinə əlavə edib.

Rusiya, Xəbər Agentliyi Sputnik: “İstanbula gələn xarici turistlərin sayı yay mövsümündə olduğu kimi sentyabr ayında da artmaqda davam etdi”.

Son 9 ayda İstanbulda gələn xarici sayı 8 milyona çatıb. Sentyabr ayında İstanbula gələn xarici turist sayı isə ötən ilin müvafiq dövrünə müqayisədə 30% artıb. Yəni İstanbul Sentyabr ayında 1 milyon 45 min 896 xarici turistə ev sahibliyi edib.



Әlaqәli Xәbәrlәr