Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Rusiya media orqanı Ria Novosti: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Qanunvericilik ilinin açılış mərasimində etdiyi çıxışında: Türkiyə Avropa İttifaqına üzv olmamaqla heç nə itirməz. Əsas alyans Türkiyənin tam hüquqlu üzvlüyü ilə maraqlanmalıdır. İttifaqın yeni planlarını həyata keçirəbilməsi Türkiyənin üzvlüyündən asılıdır. Türkiyə, Avropanın inkişafına və atacağı yeni addımlara dəstək verməyə hazırdır. Ancaq ittifaqın fərqli bir yol seçim etməsinin də Türkiyə üçün əhəmiyyəti yoxdur. Türkiyə heç nə itirməz. İnkişaf yolunda addımlamaqda davam edər”.

 İran informasiya agentliyi İrna: Türkiyənin Baş qərargah rəisi Hulusi Akar və onu müşayiət edən heyət Tehranda görüşlər keçirir. Akar danışıqlar zamanı İran ilə Türkiyə arasındakı ikitərəfli əməkdaşlığa toxunanarq: İran və Türkiyə terrorun kökünü kəsə bilər. Lazımlı addımlar atılmalı və sərhəd təhlükəsizliyi təmin edilməlidir”.

İranın Baş qərargah rəisinin Beynəlxalq işlər üzrə müavini general Kadir Nizami də, İran və Türkiyənin bölgədə, iki əhəmiyyətli aktyor olduğunu ifadə edərək: İki ölkə arasındakı əməkdaşlıq bölgədəki vəziyyətin normallaşması baxımından əhəmiyyət kəsb edir. Bölgədə əmin-amanlığın bərpası üçün iki ölkə arasındakı əməkdaşlıq daha da irəli pillələrə qaldırılmalıdır”.

ABŞ xəbər agentliyi AP: “Türkiyə Somalinin paytaxtında hərbi Baza inşa edib”.

Türkiyə, Afrikadakı ən böyük hərbi bazasını Somalinin paytaxtı Moqadişuda inşa etdi. Türk ordusu mənsubu 200 hərbçi, xəstəxana, təlim sahələri və həbsxanaların də iştirak etdiyi bazada 20 min Somali əsgərə təlim keçəcək. Qeyd edək ki, Somali ordusu əl-Şabab qruplaşmasına qarşı mübarizə edir. Ölkədəki Afrika hərbi qüvvələri isə 2018-ci ilin sonuna dək ölkədən ayrılmaq istəyir. Bu səbəblə Somali höküməti də ölkədə təcili olaraq təhlükəsizliyi təmin etmək üçün səy edir.

Euronews: “Qaraciyər çatmazlığı səbəbindən orqan köçürülmə əməliyyatı üçün Xəstəxanada yerləşdirilən məşhur atlet Naim Süleymanoğluna , xeyli sayda adam yardım üçün müraciət edib. Süleymanoğlunun qardaşı Məhərrəm Süleymanoğlunun məlumatına görə prezident Rəcəb Tayyib Ərdoğan da Naimin sağlamlığıyla yaxından maraqlanır.



Әlaqәli Xәbәrlәr