Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular Xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Böyük Britaniya informasiya agentliyi Reuters: İraq Kürd Regional Rəhbərliyində keçirilən qeyri-qanuni mütəqillik referendumu legitim deyil. Bunu Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib. Prezident Ərdoğan Türkiyə ilə Rusiyanın, İraq və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində həmfikir olduğunu vurğulayıb. Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində bildirilib ki, Suriyadakı vətəndaş müharibəsinin dayandırılması üçün zəruri olan zəminə yaranıb.

Almaniya, Deutsche Welle: "Türkiyə, İraq Kürd regional rəhbərliyinin silahlı qüvvələri olan peşmərgələrə hərbi tǝlimə son qoydu. Qeyd edək ki, Türk ordusu İraq Kürd Regional Rəhbərliyinə bağlı peşmərgə qüvvələri 2014-ci ilin son aylarından bəri hərbi təlimdən keçirirdi. Baş nazirin Müavini və Hökumət Sözçüsü Bəkir Bozdağ, təlimin dayandırılmasına İraq kürd regional rəhbərliyində keçirilən geyri–qanuni müstəqillik referendumu səbəb kimi göstərib.

Rusiyanın xəbər agentliyi Ria Novosti: Rusiya Kənd Təsərrüfatı Nazirinin Müavini Yevgeniy Gromıko, hökumətə Türkiyədən pomidor idxalının yenidən başlamasına dair bəzi təkliflər təqdim etdiklərini, bununla  bağlı başlamaq işlərin davam etdiyini bildirib.

Çinin media orqanı Xinhua: “Türkiyədə dördüncü Konfüçyüs İnstitutu açıldı”.

 Qarşılıqlı ünsiyyət və anlayışı möhkəmləşdirmək üçün xeyli əhəmiyyət kəsb edən Konfüçyüs İnstitutun İstanbuldakı Yeditəpə Universitetində rəsmi açılışı reallaşıb. yeditəpə Universiteti Konfüçyüs İnstitutu, Nankai Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Yeditəpə Universitetinin Rektoru Canan Aykut Bingöl açılış mərasimində etdiyi çıxışında, institutun yaradılmasının Türk və Çinli tələbələr arasında qarşılıqlı anlaşma və ünsiyyət yaranması üçün xeyli əhəmiyyətli olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr