• Video Qalereya

Xarici Mətbuat

Türkiyǝnin gündǝmindǝki ǝsas mövzular xarici mǝtbuat vǝ veriliş orqanlarında

Xarici Mətbuat

Amerikanın Türkçə Web Portalın xəbərinə görə Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyənin Cənub-Şərqi Asiya Ölkələri Birliyinin rǝsmi dialoq ortağı olduğunu ifadə edərək: “2015-ci ildə müraciət edik. İki ildir güclü əməkdaşlıq edirik. Bu çərçivədə atdığımız və indən sonra da atmağı planladığımız addımlar Birliyə üzv ölkələr tərǝfindən yüksik qiymətləndirilir.

Rusiya Ria Novosti: “Xarici işlər naziri Çavuşoğlu Rus həmkarı Lavrov ilə viza rejimi və Türkiyədən pomidor ixrac edilməsi mövzusunu müzakirə edib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Filippinin paytaxtı Manilada Rus həmkarı Sergey Lavrov ilə bir araya gəlib. Görüş zamanı iki ölkə arasındakı viza rejim, Suriya məsələsinə həll yolu tapılması və Türkiyədən Rusiyaya pomidor ixracatına dair məhdudiyyətə son qoyulması kimi mövzular müzakirə edilib. Xarici işlər naziri Çavuşoğlu, Anadolu informasiya agentliyinə verdiyi müsahibə: Rus həmkarım ilə Suriya məsələsi başda olmaqla, Astana danışıqları ilə əlaqəli hazırlıqlar barədə söhbət etdik. Viza rejiminə toxunduq. İki ölkə arasındakı əlaqələr, Rusiyanın Türkiyədən pomidor idxalatına tətbiq etdiyi məhdudiyyətlərin lǝğvi barədə fikir mübadiləsi etdik.

Turkish American Web Portalının, “ABŞ fəto / PDY-nin quldurbaşçısı Gülən ilə əlaqədar konkret addım atmalı" başlıqlı xəbərində: ABŞ-nin Ankaradakı keçmiş səfiri Ceyms Cefri, 15 İyulun yeganə məsulu və təşkilatçısının Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY) olduğunu ifadə edərək: “ABŞ rəhbərliyi, quldurbaşçısı Fətullah Gülənin ekstradisiya edilməsi üçün konkret addım atmalıdır. Türkiyə böyük bir təhlükə sovuşdurdu. Çevrilişin qarşısı alınmasaydı, ölkədə vətəndaş müharibəsi başlaya bilərdi. Xalqın vaxtında küçələrə axışaraq çevrilişçi əsgərlərə qarşı müqavimət göstərməsi, vətəndaş müharibəsi təhlükəsini sovuşdurdu. Türk xalqının daha belə bir hadisə yaşamamasını arzulayıram.

Rusiya Sputnik: Turkcell Super Kubok mübarizəsində Beşiktaşı 2-1 məğlub edən ATİKER Konyaspor, kubokun sahibi oldu. Prezident Rəcəb Tayyib Ərdoğan, Beşiktaşı 2-1 məğlub edərək Turkcell Super Kubokun sahibi olan ATİKER Konyasporu və bütün azərkeşləri təbrik edib.



Әlaqәli Xәbәrlәr