• Video Qalereya

Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

ABŞ Turkish Newyork Web Portalı: “İdlibdəki terror təşkilatlanması Türkiyə ilə əlaqələndirilə bilməz”. ABŞ-nın DEAŞ-a qarşı Mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurkün, terror təşkilatlarının İbdibdə yerləşmələrini Türkiyə ilə əlaqələndirməsinə dair sözlərinin qəbul edilməz olduğunu ifadə edən prezidentin sözcüsü İbrahim Kalın: “DEAŞ-a qarşı mübarizə üzrə nümayəndənin PYD və YPG mənsubları ilə etdiyi danışıqlar, çəkdiyi fotoşəkillər və sairə mətbuatda əks olunur. Rəsmi danışıqlar çərçivəsində Türkiyəyə gələn heyət tərkibində iştirak edir. Onun Middle East institutunda etdiyi çıxışında İdlibdəki terror qruplaşmalarının təşkilatlanmalarını Türkiyə ilə əlaqələndirməsi bizim üçün qəbul edilməzdir.

Almaniya media orqanı DW-də “İslam Əməkdaşlıq Təşkilatından İsrailə qınama” başlaığı ilə əks edən xəbərdə: İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Fövqəladə İcra Komitəsi yığıncağı ötən gün (01-08) İstanbulda keçirilib. Yığıncaqda İsrailin son dövrdə izlədiyi provokatif siyasət kəskin dillə qınanıb. Hərəm-i Şərif ilə əlaqəli cərəyan edən son prosesləri müzakirə etmək məqsədiylə Türkiyənin çağırışına görə baş tutan Xarici İşlər Nazirlərinin Fövqəladə İcra Komitəsi yığıncağının yekun bildirişində Qüdsün İslam hakimiyyəti dövründəki qardaşlıq və yaxşı niyyətə diqqət çəkilib. Məscidi-i Əqsanın müsəlmanların ilk qibləsi və ən müqəddəs üç məscidindən biri olduğu qeyd edilib. "Məscidi-i Əqsanın bağlanılmasının, Fələstinli müsəlman və xristianların təbii haqqı olan müqəddəs yerlərdə ibadət azadlıqlarının, kütləvi cəza tətbiqləri və sülh çərçivəsində ibadət edən Fələstinlilərə qarşı zorakılıq və gücdən istifadə də daxil olmaqla İsrailin provokativ hərəkətlərinin qınandığı vurğulanıb.

İran informasiya agentliyi IRNA: “Türkiyə və İran xarici işlər nazirləri İstanbulda Fələstin mövzusunu müzakirə ediblər”. Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranli həmkarı Cavad Zərif ilə görüşüb. İki həmkar, Hərəm-i Şərif ilə əlaqəli cərəyan edən hadisələri təhlil məqsədiylə Türkiyənin çağırışına İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri İcra Komitəsi Yığıncağı çərçivəsində təkbə-tək və heyətlərarası görüş reallaşdırıb. Danışıqlar zamanı Qüds ilə əlaqəli atılan addımlar başda olmaqla regional mövzular müzakirə olunub.



Әlaqәli Xәbәrlәr