Xarici metbuat

Gündəm xarici mətbuat vasitələrində:

Xarici metbuat

Rusiya “Sputnik”, İ.Kalın: Kürd bölgəsində referendum siyasi və hüquq baxımından səhv qərardır”

Türkiyə dövlət başçısının sözçüsü İbrahim Kalın (Şimali İraqda keçirilməsi planlaşdırılan) referendumun İraqın təhlükəsizlik və iqtisadiyyat kimi problemlərini həll edəcək addım olmadığını ifadə edərək, "Onsuz da kürdlərin bir federal bölgəsi var, parlamentləri var, seçkilərini keçirirlər. Bağdadla davam edən problemləri həll etmək üçün daha uyğun mühitin yaradılması vacibdir" deyib. İraqın ərazi bütövlüyünün, suverenliyinin qorunmasının və təhlükəsizliyinin təmin edilməsinin, Türkiyə üçün çox əhəmiyyətli olduğunu vurğulayan Kalın İraqın daxili sülhünün təmin edilməsi və rifahın zəmanət altına alınmasının da əhəmiyyətli olduğunu qeyd edib.

ABŞ, “Turkish Ny”: “Türkiyədən ABŞ-lı nümayende McGurka reaksiya”

Türkiyənin Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Müftüoğlu McGurkun Suriyanın İdlib şəhərindəki terror təşkilatlarının mövcudluğu ilə Türkiyəni əlaqələndirən dəyərləndirmələrinə reaksiya göstərərək, “fitnəkar ifadələrə etiraz”ını bildirildi. 

Sözçü Müftüoğlu McGurkun açıqlamalarına dair suala cavabən deyib ki, McGurkun İdlibdəki terror təşkilatlarının mövcudluğu ilə ölkəmizi əlaqələndirən dəyərləndirmələrinə qarşı reaksiyamız yüksək səviyyədə atılan addımla şəxsən adı çəkilənin diqqətinə çatdırıldı və fitnəkar olaraq dəyərləndirilə biləcək ifadələrə qarşı etirazımız bildirildi. Bundan əlavə terror təşkilatlarının Suriya və İraqda sığınacaq yer tapmasının arxasındakı əsas səbəblərin aradan qaldırılmasının ancaq bütün əlaqəli güclərin ifadələri və əməliyyatları arasında ziddiyyət olmaması vasitəsi ilə mümkün ola biləcəyi, Suriyada terror təşkilatı PYD/YPG-nin hansı məqsədlə olarsa olsun dəstəklənməməsinə dair gözləntimiz xatırlatılmışdır.

İran, “ Fars” xəbər agentliyi: “Zərif İstanbula səfər edir”

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu gün İstanbula  səfər edəcəyini açıqladı. Qasımi Zərifin İstanbulda Qüdsdə son əhvalatları müzakirə etmək üçün təşkil edilən İslam Əməkdaşlıq Təşkilatı zirvəsinə qatılacağını qeyd etdi. Qasımi İslam ölkələrinin bütün ixtilaflara qarşı Fələstin məsələsinin İslam dünyasının birinci məsələsi olduğunu və bu məsələ ancaq İslam ümmətinin vəhdəti ilə həll edilə biləcəyini unutmamalarının vacibliyini vurğuladı.

Almaniya, “Deutsche Welle”, “Almaniya son təyyarəsini də İncirlik bazasından çıxardı”

Almaniyanın Türkiyənin Adanada şəhərindəki İncirlik hərbi bazasındakı əsgər və kəşf təyyarələrini geri çəkmə qərarından sonra bazadakı son Tornado tipli kəşf təyyarəsinin də çəkildiyi bildirilir. Almaniya Müdafiə Nazirliyinin iyulun 31-də yaydığı açıqlamasında bazadakı beş təyyarədən axırıncısının da Rheinlandpfalz əyalətindəki Büchel bazasına çatdığı ifadə edildi. İncirlikdən çəkilən kəşf təyyarələrinin İordaniyanın Azra şəhərindəki Muvaffak Salti hava bazasında yerləşdirilmədən əvvəl Almaniyada saxlanılması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr