• Video Qalereya

Yenilənə bilən enerji üçün YEKA tenderi

Azərbaycanın “Trend”, İranın İRNA, Rusiyanın “Sputnik” xəbər agentlikləri Türkiyə haqqında nədən yazır? Xarici mətbuat 31.08.2017

Yenilənə bilən enerji üçün YEKA tenderi

Azərbaycan, “Trend” internet portalı: "Rüzgar YEKA tenderi 3 avqustda ediləcək"

  Rüzgar Yenilənən Enerji Mənbələri Sahələri (YEKA) üçün keçiriləcək tenderin tarixi 3 avqust cümə axşamı günü təyin olundu. Yenilənən Enerji Baş İdarəsinin (YEGM) internet saytında olan elana görə, konsorsiyumlar tərəfindən keçən həftə təqdim edilən müraciət faylları YEKA rəhbərliyi  tərəfindən qiymətləndirilib və tenderə müraciət sahibi olan şirkətlərin hamısının iştirakı ilə həyata keçirilməsinə qərar verildi. Türkiyənin 5 ayrı bölgəsində ümumi 1000 meqavatlık külək enerjisi həcmi yaradılması üçün keçiləcək tender üçün keçən həftə dünyanın ən böyük 10 külək turbini istehsalçısının 8-i təklif vermişdi. Təklif verən konsorsiyumlar içində dördü Almaniya, ikisi Çin, biri Amerika və biri Danimarka şirkətidir.

İran, İRNA xəbər agentliyi: "Böyük Qüds mitinqi İstanbulda toplandı”

  Böyük Qüds mitinqi İstanbulun Yenikapı səmtində qeyri-hökumət təşkilatları və insanların iştirakı təşkil edilib. Mitinqə qatılanlar Türkiyə və Fələstin bayraqları qaldıraraq sionist rejimin işğal edilən torpaqlardakı cinayətlərinə qarşı şüarlar səsləndiriblər.

Krım xəbər agentliyi: "Qırğızıstandan TİKA-ya mükafat"

  Qırğızıstan fəaliyyətlərinə görə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bişkek üzrə proqram koodirnatoru Kainat Rutbili mükafatlandırdı. Ölkənin Baş naziri Sooronbay Jeenbekov Qırğızıstanda vəzifəsi sona çatan K.Rutbili Baş Nazirlik binasında qəbul edib. Prezident Administrasiyasının rəhbəri Sapar İsakovun da iştirak etdiyi görüşdə Jeenbekov Qırğızıstana sosial, iqtisadi, səhiyyə, təhsil, idman və bir çox infrastruktur sahələrində xidmətləri olan TİKA-ya təşəkkürünü bildirib və koordinatoru Rutbilə Şöhrət Nişanı ilə təltif edib.

Rusiya, “Sputnik” xəbər agentliyi: "Balıkəsirdə 2500 illik məzar açıldı"

  Türkiyənin Balıkəsir şəhəri Edremit qəsəbəsində qazıntı işləri davam edən Antandros antik şəhərində 2500 illik qəbir məzar açıldı. 17 ildir davam etdirilən qazıntı işləri zamanı nekropol (qəbiristanlıq) və yamac villasında yeni tapıntılara rastlandı. Son olaraq nekropol sahəsində ortaya çıxan bir qəbir məzar professor Gürcan Polat və rəhbərlik etdiyi arxeoloji qazıntı qrupu tərəfindən açıldı. 2500 il sonra təkrar gün üzünə çıxan qəbirdə biri qadın, biri kişi olan yetkin yaşlı insan sümükləri və müxtəlif əşyalar tapıldı. Professor G.Polat deyib: "Antandros antik şəhərində 10 iyulda başlayan qazıntı işlərində e.ə. 5-ci əsrə aid bir qəbir məzar gün işığına çıxarılmışdır. Ehtimala görə, eyni ailəyə mənsub qadın və kişinin basdırıldığı məzarda Yunanıstanın Afina şəhərindən antik dövrdə idxal edilmiş kasa, iki bişmiş torpaq masa amforası, biri bürünc, digəri dəmir olmaqla iki strigilis qoyulub."



Әlaqәli Xәbәrlәr