Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Almaniya Xəbər Agentliyi DPA: “Prezident Rəcəb Tayyib Ərdoğan, Qüdsdə   ǝqsa  mǝscidindǝ  quraşdırılmış elektron axtarış detektorların qaldırılmasını yüksək qiymətləndirib. Ancaq atılan addımın qənaətbəxş olmadığını qeyd edib”. Prezident Rəcəb Tayyıb Ərdoğan, İslam dünyasından alimlərin bir araya gəldikləri tədbirdə etdiyi çıxışında: “Gərginliyin azaldılması üçün elektron axtarış detektorların qaldırılması atılan doğru addımdır. Ancaq bu kafi deyil. İsrail hökuməti dünya sülhü üçün insan hüquqlarına hörmətlə yanaşmalıdır. Özünün və bölgənin mənfi təsirlənəcəyi siyasətlərdən imtina etməlidir”.

Amerikanın web xəbər portalında, “Türkiyə İsrail Xarici işlər nazirliyinin sözlərinə reaksiya verib”, başlığı ilə əks edən xəbərdə: İsrail Xarici İşlər Nazirliyinin sözcüsü, prezident Rəcəb Tayyib Ərdoğanın Hərem-i Şərifdə cərəyan edən proseslərə dair açıqlaması ilə əlaqəli qəbul edilməz sözlər səsləndirib. Türkiyə, sözçünün həddini bilməz açıqlamasına sərt reaksiya verib. Türkiyənin Xarici işlər nazirliyininin sözçüsü səfir Hüseyn Müftüoğlu İsrailli həmkarını qınayaraq: “Osmanlı dövründə Fələstin də fərqli dinlərə və məzhəblərə mənsub camaatlar əsrlərlǝ sülh atmosferində birlikdə yaşamış və ibadətlərini azad şəkildə yerinə yetirmişdir. Bu məzmunda, Osmanlı dövründə izlǝnilən xoşgörüşü ən yaxşı Yəhudilərin bilmələri və təqdir etmələri gözlənilir. Bu gün də Türkiyə Respublikasındakı Yəhudi vətəndaşlarımızın inanc və ibadət azadlıqları dövlətimizin zəmanəti altındadır” deyib.

Rusiya Beynəlxalq İnformasiya Agentliyi Sputnik: Çaykur şirkəti Türk çayının gen xəritəsi mövzusunda Türkiyə elm və texnik araşdırma agentliyi olan “TÜBİTAK” ilə əməkdaşlıq edir. Çaykur şirkətinin baş direktoru İmdat Sütlüoğlunun mövzu ilə əlaqəli açıqlamasında: “İqtisadi məhsuldarlığı sona çatan ‘çaylıkların yenilənməsi layihəsi çərçivəsində’ bölgə ilə uyğunlaşa bilən çay bitkisinin yetişdirilməsi və çoxaldılması üçün işlər aparılır”.

Böyük Britaniyanın web Portalı Euronews: Türkiyə Futbol üzrə yığma komandasının Texniki Direktoru Fatih Terim vəzifəsindən istefa edib.

Türkiyə Futbol Federasiyası rəsmiləriylǝ  bir araya gələn Terim, iclasda  Milli Komandanın texniki Diraktorluk vəzifəsindən ayrıldığını açıqlayıb. Türkiyə Futbol Federasiyası prezidenti Yıldırım Dəmirörən, mövzu ilə əlaqəli verdiyi açıqlamada, Terimin vəzifədən ayrıldığını, usta məşqçiyə minnətdarlığını bildirdiyi və həyatında uğurlar arzuladığını qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr