Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mǝtbuat və veriliş orqanlarında

Xarici mətbuat

ABŞ-nın səsi radiosu ‘Voice of America’, "Almaniyalıların əksəriyyəti Alman hökumətinin Türkiyə siyasətinin uğursuz olduğunu düşünürlər” başlığı ilə çatdırdığı xəbərdə: Bild am Sonntag qəzeti üçün aparılan bir araşdırmanın nəticələrinə görə Almanların 76% faizi Alman hökumətinin Türkiyəyə qarşı izlədiyi siyasətin uğursuz olduğunu düşünür. Almaniya Xarici Ticarət Palatasının başçısı isə Welt am Sonntag qəzetinə verdiyi müsahibədə iki ölkə arasında əlaqələrin pozulması halında Alman firmalarının ticarət həcmlərinin azala biləcəyi mövzusunda Alman hökumətini xəbərdarlıq edib. Baş nazir Angela Merkelin baş katibi Peter Altmaier də Bild am Sonntag qəzetinə verdiyi açıqlamada, "Türkiyə kimi böyük və əhəmiyyətə malik bir ölkə ilə güçlü əlaqələrə sahib olmaq istəyirik” deyib.

Rusiya, Radio və İnformasiya Agentliyi Sputnik: "İnkişaf edən bazarlar Türkiyənin dəstəyinə görə böyəcəklər”. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyat və inkişaf edən bazarlar ilə əlaqəli münasibətində deyilib: “İnkişaf edən Avropada böyümə, Türkiyədəki yüksək böyümənin tǝsiriylǝ sürətlənǝ  bilǝr. 2016-ci ilin son rübündə və 2017-ci ilin ilk rübündə ixracat həcmində artım qeydə alınıb. Avro zonasında ticarətin güclənməsiylə Türkiyə ilə əlaqəli xarici tələb də artacaq.

China Radio International (CRI): "Çinli turistlərin Türkiyədə etdiyi alverdə rekord qırılıb”. Dünyada edilən tax free satışlarının 40%-ni təşkil edən və ümumiyyətlə lüks məhsullar satın alan Çinlilər Türkiyədə daha çox pul xərcləyirlər. Çinlilərin bu ilin ilk 6 ayında Türkiyədə etdikləri alver həcmi, ötən ilin müvafiq dövrünə müqayisədə 119% artıb. Bu da ilin ilk 6 ayında Türkiyədə ən çox alış-veriş edənlər arısnda Çinlilərin reytinqini 4-cü pilləyə qaldırıb.

Ukrayna Xaber Saytında “Beşiktaş azərkeşkəlǝri Avropanın ən comərdi” başlığı ilə çatdırılan xəbərdə: Avropalılar futbol üçün daha az ödəniş ödəyir. Türkiyədəki azərkeşlərin futbola digər ölkələrdən daha çox pul xərcləmələri diqqət çəkir. Super Liqada son iki mövsümün çempionu Beşiktaşın kombinə bilet qiymətləri bir çox Avropa nəhəngini önə keçib.



Әlaqәli Xәbәrlәr