Türkiyə mebel sektoru ABŞ-da ilk beşliyə girdi

ABŞ-ın “Voice of America”, Azərbaycanın “Trend” İnformasiya Agentliyi, Almaniyanın “Deutsche Welle” (DW), ABŞ-ın “Turkish Newyork”u Türkiyədən nə yazır? Xarici mətbuat, 18.07.2017

Türkiyə mebel sektoru ABŞ-da ilk beşliyə girdi

Xarici mətbuat, 18.07.2017

  ABŞ, “Voice of America”: "Türkiyə Şimali Kipr Türk Respublikasının yanındadır".

  Türkiyə Mili Təhlükəsizlik Şurasında ölkənin Avropa İttifaqı ilə əlaqələrinə yaxından təsir edən Kıbrıs başlığına toxunulub, İsveçrədəki Kipr Konfransı və nəticələri dəyərləndirilib, Türkiyənin Şimali Kipr Türk Respublikasına dəstəyinin davam edəcəyi vurğulanıb. Mili Təhlükəsizlik Şurasında, eyni zamanda, Şərqi Aralıq dənizində təbii qaynaqlar üzərində Kıbrıs və Türkiyənin haqq və mənafelərinin qorunması məsələləri danışılıb.

  Azərbaycan, “Trend” İnformasiya Agentliyi: "Türkiyə və Azərbaycan yeni ticarət sazişiylə əlaqədar işlərə başladı".

  Azərbaycan Türkiyə mühəndis firmalarının geniş fəaliyyət göstərdiyi ölkələrdən biridir. Bu günə qədər Azərbaycanda 11,6 milyard dollar məbləğində layihələr Türkiyə mühəndisləri tərəfindən reallaşdırılıb. Hal-hazırda iki ölkənin ticarət və iqtisadi əlaqələrinin qanuni alt quruluşunu meydana gətirən Ticarət və İqtisadiyyat Əməkdaşlıq Sazişi çərçivəsində Seçimli Ticarət Razılaşması (TTA) imzalanmaq üzrədir. Bununla hər iki tərəf mövcud kommersiya və iqtisadi əlaqələri daha da irəli aparmağı düşünür. Seçimli Ticarət Sazişi (TTA) mətninin 2017-ci ildə imzalanmaya hazır olması üçün hər iki ölkədə işlər sürətlə davam edir.

Almaniya, “Deutsche Welle” (DW) media qurumu: "Türkiyədə işsizlik azalmağa davam edir"

  Türkiyədə işsizlik rəqəmlərində eniş müşahidə olunur. Ölkənin Statistika Təşkilatı (TÜİK) 2017-ci ilin aprel ayı üçün olan işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, mart ayında 11,7 faiz olan işsizlik nisbəti aprel ayında 10,5 faizə enib. Çalışan insanların sayı 519 min adam artaraq 28 milyon 157 minə yüksəlib. İşçi qüvvəsi 982 min adam artaraq 31 milyon 444 min olub.

ABŞ, “Turkish Newyork” veb portalı: "Türkiyə mebel sektoru ABŞ-da ilk beşliyə girdi”.

  Türkiyə mebel sektoru ixracat sıralamasında 12-ci yerdədir. Ölkəyə xaricdən  bir milyon dollardan artıq pul gətirən firmaların sayı 589-dur. Türkiyə son 15 ildə mebel sektorunun ixracatını dünyada Çindən sonra ən çox artıran ölkədir. Bundan başqa, dünya mebel sektorunda söz sahibi olan Çin, Almaniya, İtaliya, Polşa, Vyetnam, Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada kimi ölkələr kimi Türkiyə də öz mebel sektorunu dünya bazarına daxil edə bilib. Türkiyə mebel firmaları ABŞ-a mebel ixrac edən ölkələr arasında ilk beşliyə girib.



Әlaqәli Xәbәrlәr