Sarkisyan Paşinyanın baş nazir təyin olunması haqqında sərəncam imzaladı

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

Sarkisyan Paşinyanın baş nazir təyin olunması haqqında sərəncam imzaladı

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb. Bu barədə Sputnik Ermənistan ölkə başçısının saytına istinadən xəbər verir.

Ermənistan Konstitusiyasına əsasən yeni seçilən parlamentdə baş nazir seçilməyib. Belə ki, parlamentdə üstünlüyü qazanan siyasi qüvvə öz namizədini irəli sürür və bundan sonra prezident onu təsdiqləyir.

Qeyd edək ki, ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.


 



Әlaqәli Xәbәrlәr