"İran iki peykini buraxmağa hazırlaşır"

İran bir neçə gün ərzində raket daşıyıcı vasitəsiylə Kosmosa iki peyk buraxacaq. Bunu prezident Həsən Ruhani deyib.

"İran iki peykini buraxmağa hazırlaşır"

Ruhani Ölkənin şimal-şərqində yerləşən Gülüstan əyalətini ziyarəti zamanı sünni Türkmən şəhəri günbəd-i Kabusda xalqa xitabən çıxışında kosmosa iki əməliyyat peykin buraxılacağını ifadə edərək: "Pəyam İranın ilk əməliyyat peykidir. Vəzifəsi qurudakı gündəlik məlumatları köçürməkdir. Bu peyk sayəsində hava vəziyyətini izləyəcəyik. Quru və meşələri izləyib məlumat əldə edəcəyik. Gündə 6 dəfə İranı dövr vuracaq olan peyk yerdən 600 kilometr məsafədə bir orbitdə yerləşdiriləcək. Yaxın keçmişdə də sınaq məqsədli bir peyk buraxmışdıq”.

Regional və beynəlxalq əlaqələrə də toxunan Ruhani, Amerika Birləşmiş Ştatlarının İran xalqının qida, dərman və digər ehtiyaclarının təmin edilməsini çətinləşdirmək istədiyini, ancaq dost və qonşu ölkələr Türkiyə, Türkmənistan, Qazaxıstan, Rusiya, Azərbaycan, Ermənistan, İraq, Körfəz yanı ölkələr Pakistan və Əfqanıstan ilə güclü münasibətlərinin olduğunu, əlaqələrin yaxşı olmadığı bölgə ölkələr ilə yeni dialoqlar başlatmaqda hazır olduqlarını vurğulayıb. ABŞ-ın neft, bank, gəmiçilik və digər sahələrdə tətbiq etdiyi sanksiyaların yaratdığı çətin vəziyyətdən uğurla xilas olacaqlarını, bu  ölkǝyǝ  və tərəfdaşlarına boyun endirməyəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr