Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә hücum etdi

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә hücum etdi

Suriyada Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları İdlibdәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Yerli mәnbәlәrin mәlumatına әsasәn, Rejim qüvvәlәri Xamanın şimalındakı Latamine, Kefer Zita vә Morik qәsәbәsi ilә İdlibin cәnub-qәrbindә yerlәşәn Cercenaz, Xan Şeyxun qәsәbәlәri vә Taminiye bölgәsinin Cisir Әş Şuğurun, Merend vә Naciye kәndlәrinә hücum edib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib. O, rejim qüvvәlәrinin İdlibin müxtәlif bölgәlәrinә hücum etdiyini deyib.

Mustafa Hac Yusif İdlibin Cisir Xanım qәsәbәsinin Naciyә vә Marand kәndlәrinә tәşkil edilәn  hücumlar nәticәsindә bir nәfәrin öldüyünü, iki nәfәrin dә yaralandığını deyib.



Әlaqәli Xәbәrlәr