Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs olundu

Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olundu.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs olundu

Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olundu.

Bu barədə Ermənistan mediası xəbər verir. 

Robert Köçəryan iyul ayında İrəvan Hüquq Məhkəməsi tərəfindən 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunmuşdu.

Avqust ayında həbs edilən Köçəryan sonra həbsdən buraxılmışdı. Ancaq onun ölkədən çıxışına qoyulan qadağa götürülməmişdi.

Köçəryan ittihamları qəbul etməmiş, siyasi təzyiqə məruz qaldığını bildirmişdi.

Qeyd edək ki, Ermənistanda 1 mart 2008-ci il tarixində prezident seçkilərinə etiraz olaraq keçirilən nümayişlərdə baş verən hadisələr zamanı 2 polis olmaqla, 10 nəfər həlak olmuşdu.

 

 

 



Әlaqәli Xәbәrlәr