ABŞ Əsəd rejimi və Rusiyanın kimyəvi silah iddiasını rədd etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti  Bəşər Əsəd rejimi və Rusiya tərəfindən irəli sürülən Suriyadakı  müxalif qrupların kimyəvi hücum təşkil etməsi barəsindəki iddianı rədd etdi.

ABŞ Əsəd rejimi və Rusiyanın kimyəvi silah iddiasını rədd etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti  Bəşər Əsəd rejimi və Rusiya tərəfindən irəli sürülən Suriyadakı  müxalif qrupların kimyəvi hücum təşkil etməsi barəsindəki iddianı rədd etdi.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti  Moskvanı saxta kimyəvi hücumlar barəsində iddialar irəli sürərək həqiqəti gizlətməyə çalışdığını bildirdi.

ABŞ dövlət katibinin müavini Robert Palladino Suriyanın Hələb şəhərindəki kimyəvi hücumlar iddiası ilə əlaqədar yazılı açıqlama verdi.

Palladino açıqlamasında müxalif qrupların Hələbin şimal-qərbində  kimyəvi hücumlar təşkil etməsi ilə bağlı Əsəd rejiminin və Rusiyanın irəli sürdükləri iddianın doğru olmadığını bildirərək: " ABŞ bu iddianı qəti şəkildə rədd edir və rejimin  tərəfdarı olan qüvvələrin noyabrın 24-də Hələbdə dinc əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə etmələri ilə bağlı etibarlı məlumatlar malikdir “ dedi.

Palladino Moskva ilə Dəməşqin bu tərz iddialarla İdlibdə olan atəşkəs razılaşmasını baltalamağa çalışdığına diqqət çəkdi.

ABŞ dövlət katibinin müavini :"Rusiyaya və Əsəd rejiminə şübhəli hücum sahəsində dəyişiklik etməmələri ilə bağlı xəbərdarlıq edirik və onlardan müstəqil müfəttişlərin təhlükəsizliyini təmin etmək üçün məsul olanlara xəbərdarlıq etmələrini tələb edirik" deyə yazdı.

Qeyd edək ki, Əsəd rejimi və havadarı olan Rusiya Əsəd ordusunun nəzarətindəki Hələbin Əl Xalidiyə mövqeyinə noyabrın 24-də kimyəvi silah hücumunun təşkil edildiyini bildirmiş, hücumda 100-dən çox mülki vətəndaşın zərər gördüyünü iddia etmişdi.

Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzi də İdlib deeskalasiya zonasında rejimin nəzarətində olan Hələbin şimal-qərbinə hücum təşkil edildiyini iddia etmişdi.



Әlaqәli Xәbәrlәr