İranda terrorla mübarizə konfransı keçirilir

İran ABŞ-ın Asiyada sabitsizliyi artırmaq üçün terror təşkilatı DEAŞ mənsubu terrorçuların bir hissəsini Əfqanıstanda yerləşdirdiyini bildirdi.

İranda terrorla mübarizə konfransı keçirilir

İran ABŞ-ın Asiyada sabitsizliyi artırmaq üçün terror təşkilatı DEAŞ mənsubu terrorçuların bir hissəsini Əfqanıstanda yerləşdirdiyini bildirdi.

İran Məclis xəbər agentliyi “ICANA” ya görə, Məclis sədri Əli Laricani paytaxt Tehranda Çin Məclis sədrinin müavini Çen Zu ilə bir araya gəlib.

Görüşdə ABŞ-ın təktərəfli olaraq çəkildiyi nüvə proqramına dari saziş və terrorla mübarizə mövzuları müzakirə olundu.

ABŞ-ın Asiyada sabitsizliyi artırmağı hədəf götürdüyünə diqqət çəkən Laricani “ABŞ-ın İraq və Suriyadakı problemləri Asiyanın digər məntəqələrinə aparmaq üçün keçən il bir çox DEAŞ mənsubunu Əfqanıstanda yerləşdirmə təşəbbüsləri nəzərdə tutulduqda İran, Çin, Pakistan, Türkiyə, Rusiya və Əfqanıstanın terror mübarizəsi əməkdaşlığı əhəmiyyət kəsb edir” deyib.

Laricani ayrıca, ABŞ-ın çıxmasından sonra nüvə proqramı razılaşmasının digər ölkələr tərəfindən qorunmasının vacibliyini ifadə edib. İran Məclisinin sədri Çinin Rusiya və Avropa ölkələrilə birliktə razılaymanın qorunmasındakı rolunun əhəmiyyətli olduğunu qeyd edib.

Çin Məclis sədrinin müavini Çen isə ölkəsinin regional və beynəlxalq xüsusi durumlara baxmayaraq İranla uzun müddətli əlaqələr qurmaq istədiyini bildirib.

Çen Tehranda bugün start götürən və sabah da davam edəcək “Terrorla mübarizə və regional əməkdaşlığın inkişafı” mövzulu konfransda iştirak etmək məqsədilə İranda səfərdədir.

İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstanın terrorla mübarizə mövzusunu müzakirə edəcəkləri konfransa Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım da qatılacaq.



Әlaqәli Xәbәrlәr