Fələstin BMT-yə Həmasla bağlı qərarına görə təşəkkür etdi

Fələstin rəhbərliyi Həmasın qınanmasını nəzərdə tutan qətnamə layihəsinin Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisində qəbul edilməməsini məmnuniyyətlə qarşıladı.

Fələstin BMT-yə Həmasla bağlı qərarına görə təşəkkür etdi

Fələstin rəhbərliyi Həmasın qınanmasını nəzərdə tutan qətnamə layihəsinin Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisində qəbul edilməməsini məmnuniyyətlə qarşıladı.
 
 Fələstinin rəsmi informasiya agentliyi WAFA-nın yaydığı xəbərə görə, Fələstin Dövlət Rəhbərliyi Amerika Birləşmiş Ştatlarının hazırladığı qətnamə layihəsinin əleyhinə səs verən ölkələrə təşəkkür edib.
 
 Dövlət Rəhbərliyinin açıqlamasında: "Fələstinin milli mübarizəsinin qınanılmaslna imkan verməyəcəyik" ifadəsi işlədilir.
 
 Açıqlamada Fələstin rəhbərliyinin Orta Şərqdə əhatəli, ədalətli və davamlı sülh üçün 1967-ci il sərhədlərinə əsaslanan ikidövlətli həlli vurğulayan İrlandiyanın qətnamə layihəsinin BMT Baş Məclisində qəbul edilməsini də məmnuniyyətlə qarşıladığı qeyd edilir.
 
 Qeyd edək ki, ABŞ-ın Həmasın qınanılmasını  tələb edən və ikidövlətli həlldən bəhs etməyən qətnamə layihəsi BMT Baş Məclisində gecə saatlarında keçirilən səsvermə nəticəsində qəbul edilməyib.
 
 87 ölkə layihənin lehinə, 58 ölkə əleyhinə səs verib, 32 ölkə isə bitərəf qalıb. Qətnamə layihəsinin qəbul edilməsi üçün lehinə verilən səslərin çoxluğu üçdə iki nisbətində olmalı idi.
 
 BMT Baş Məclisinin qərarları  tövsiyyə xarakterində olmasına və hüquqi statusu olmamasına rəğmən beynəlxalq arenada siyasi çəkisinə görə mötəbər sayılır.
 
 



Әlaqәli Xәbәrlәr