"Suriyaya qayıdanlar rejim qüvvələri tərəfindən öldürülür"

BMT Livandan Suriyaya qayıdan 20 qaçqının Bəşər Əsəd rejim qüvvələri tərəfindən öldürülməsinə dair məlumat qarşısında dərin təşviş duyduqlarını bildirdi.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Andrej Mahecic Livanın Qaçqın İşləri üzrə naziri Muin əl Merabinin keçən həftə sonunda yaydığı “Suriyaya qayıdan 20-yə yaxın qaçqının rejim ordusu tərəfindən öldürüldü” açıqlamasına toxunaraq dedi: “BMT Təhlükəsizlik Şurası Livandan Suriyaya qayıdan bəzi qaçqınların öldürüldüyü barədə son günlərdə mətbuatda yer tutan xəbərləri diqqətlə təqib edirik. Hadisəyə aydınlıq gətirilməsində ilk məsuliyyət Suriya rejiminin üzərindədir. BMT TŞ-nın Suriyadan dəqiq məlumat alması məhdud olduğundan hadisənin detallarının ortaya çıxarılması vaxt tələb edir.   Məsələyə fərqli təşkilatlarla və qurbanların ailələrilə görüşərək aydınlıq gətirməyə cəhd göstəririk. Qonşu ölkələrdən evlərinə qayıtmaq istəyən suriyalıların narahat edilməmələri, ayrı-seçkiliyə məruz qalmamaları, saxlanılmamaları və fiziki təhditlərlə üz-üzə gəlməmələri üçün zəmanət verilməsi məqsədilə rejimlə danışıqlar da davam etdirilir.”

Әlaqәli Xәbәrlәr