Prezident V.Putin Qazaxıstanda, Nazarbayev ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan və Rusiya Regionlararası Əməkdaşlıq Forumuna qatılmaq üzrə Petropavlovsk şəhərinə səfər edib.

Prezident V.Putin Qazaxıstanda, Nazarbayev ilə görüşdü

Rusiya prezidenti Putin səfəri çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşüb. Turizm sahəsində əlaqələrin irəli pillələrə qaldırılması və əməkdaşlığın gücləndirilməsi mövzularının müzakirə edildiyi görüşdə, prezident Nazarbayev, ölkəsində təşkil edilən növbəti Qazaxıstan və Rusiyanın Regionlararası Əməkdaşlıq Forumunun əhəmiyyətinə toxunub. İki ölkə xalqları arasında mədəniyyət və iqtisadi əməkdaşlığın güclənməsi üçün turizm sahəsində əməkdaşlığa zərurət olduğunu vurğulayıb.

Rusiya prezidenti Putin də öz növbəsində: “Qazaxıstan, Rusiyanın əhəmiyyətli ticarət və iqtisadi tərəfdaşıdır. İki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir. Turizm sahəsində əməkdaşlığı gücləndirəcək potensiyal mövcutdur”-deyə putin vurğulayıb.

Görüşdən sonra Baykonur kosmik bazasının inkişaf layihəsi təqdim edildi. Baykonur şəhərində tikilən sosial obyektlərin, infrastruktur şəbəkələrdə bərpa işləri, təbii qaz təmin etmək üçün edilən işlərin nəticələri barədə məlumat verildi.

 



Әlaqәli Xәbәrlәr