İraq parlamentinin yeni sədri seçildi

Qeyd edək ki, İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra baş verən siyasi münaqişələrlə əlaqədar yeni hökumət kabineti hələ dəqiqləşməyib.

İraq parlamentinin yeni sədri seçildi

  İraq parlamentində sentyabrın 15-də keçirilən səsvermədə 5 ərəb namizəddən biri olan sünni Məhəmməd Halbusi ən çox səs toplayaraq Məclis sədri seçilib.

  Prezidentin keçmiş köməkçisi Usame en-Nuceyfi, keçmiş Müdafiə naziri Xalid el-Ubeydi, Raad Dahleki və Talal Zavbaii də Məclis sədrliyi yarışına qatılan adlar arasında idi.

  Səsvermədə Halbusi 169, Ubeydi 89, Nuceyfi isə 19 səs alıb.

  Xatırladaq ki, bundan əvvəlki dövrdə İraq Milli Məclisi Maliyyə Komitəsinin sədri olmuş Məhəmməd Halbusi deputat seçildiyi zamana qədər Ənbar şəhərinin icra hakimi idi.

  Qeyd edək ki, İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra baş verən siyasi münaqişələrlə əlaqədar yeni hökumət kabineti hələ dəqiqləşməyib.  



Әlaqәli Xәbәrlәr