“Air Albania” ilk simvolik uçuşunu İstanbula gerçəkləşdirdi

Sentyabrın 15-ində paytaxt Tiranadakı Rahibə Tereza Aeroportundan 80 əlaçı tələbəylə havaya qalxan təyyarə İstanbula hərəkət edib.

“Air Albania” ilk simvolik uçuşunu İstanbula gerçəkləşdirdi

  Albaniyanın Türkiyə Hava Yolları (THY) tərəfdaşlığı ilə yaradılan ilk milli aviaşirkəti “Air Albania” ilk simvolik uçuşunu İstanbula gerçəkləşdirdi.

  Sentyabrın 15-ində paytaxt Tiranadakı Rahibə Tereza Aeroportundan 80 əlaçı tələbəylə havaya qalxan təyyarə İstanbula hərəkət edib.

  Təyyarə Albaniyanın baş naziri Edi Rama və rəsmi heyətin iştirakıyla mərasimlə yola salınıb. E.Rama burada etdiyi çıxışında ilk test uçuşunun əlaçı tələbələrlə həyata keçirilməsindən duyduğu məmnuniyyəti dilə gətirərək deyib: “Bu, simvolik bir uçuşdur. Bir ay boyu oxşar uçuşlar olacaq".

  Qeyd edək ki, “Air Albania” şirkəti sentyabrın 15-ində Rahibə Tereza Hava Limanında yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən rəsmi mərasimlə xidmətə açılıb.

 



Әlaqәli Xәbәrlәr