İsrail polisi Məscidül-Əqsanın qapısındakı fələstinlilərə müdaxilə etdi

İsrail polisi Məscidül-Əqsanın Esbat qapısında toplaşan fələstinliləri dağıtdı.

İsrail polisi Məscidül-Əqsanın qapısındakı fələstinlilərə müdaxilə etdi

İsrail polisi əsr namazından sonra  Məscidül-Əqsanın qapılarını bağlayaraq Hərəmi Şərifin Əsbat (Aslanlı) qapısında toplaşan fələstinli nümayişçilərə müdaxilə etdi.

 Polis işa namazını Əsbat qapısında qılmaq istəyən nümayişçilərə mane oldu.

Nümayişçiləri dağıdan polis Məscidül-Əqsanın da içində olduğu Qədim Şəhər ərazisində səs bombalarından istifadə etdi.

 Polis Əsbat qapısında Qüds və Fələstin müftisi Şeyx Məhəmməd Hüseyn, Qüds Daxili İşlər naziri Adnan əl-Hüseyni və Məscidül-Əqsanın müdiri Şeyx Ömər əl-Kisvani ilə birlikdə yalnız bir neçə adamın namaz qılmasına icazə verdi.
 
Qədim Şəhər və Məscidül-Əqsa ətrafında gərginlik davam edir.



Әlaqәli Xәbәrlәr