"ABŞ müzakirə üçün heç bir yer qoymadı", M.C.Zərif

Sentyabrda toplaşacaq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası zamanı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb-görüşməyəcəyinə dair İran media nümayəndəsinin sualına M.C.Zərif belə cavab verib...

"ABŞ müzakirə üçün heç bir yer qoymadı", M.C.Zərif

  İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının sanksiyalarla hər cür müzakirə ehtimalını ortadan qaldırdığını söylədi.  

  Sentyabrda toplaşacaq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası zamanı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb-görüşməyəcəyinə dair İran media nümayəndəsinin sualına M.C.Zərif belə cavab verib: “ABŞ-ın İrana yürütdüyü siyasətlə əlaqədar Amerika tərəfi ilə hər hansı görüş olmayacaq”.

  Xatırladaq ki, Donald Trampın “şərtsiz görüş” təklifinə Həsən Ruhani "ABŞ rəhbərliyinin sanksiyalardan asılı müzakirə istəyi görüş ehtimalını aradan qaldırır" demişdi.

  Onu da qeyd edək ki, İranla nüvə müqaviləsindən birtərəfli geri çəkildikdən sonra ABŞ açıqladığı sanksiyaları 7 avqustda işə salıb.



Әlaqәli Xәbәrlәr