İran elektrik və su ixracını tamamilə dayandırdı

İran Energetika naziri Rza Erdekaniyan elektrik və su ixracını tamamilə dayandırdıqlarını açıqlayıb.

İran elektrik və su ixracını tamamilə dayandırdı

  İranlı Tələbələr İnformasiya Agentliyi İSNA-nın xəbərinə görə, R.Erdekaniyan ölkədə yaşanan elektrik və su problemilə bağlı mətbuata informasiya verib. O, İrandakı enerji problemlərinə görə, Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə enerji ixracını dayandırdıqlarını söyləyib: “Qonşu ölkələrə su və elektrik ixrac edilərsə, İranda bu problemlər baş qaldırar. Hazırda su və elektrik ixracatımızı sıfır səviyyəsinə gətirdik. Ölkədə su məsələsi mürəkkəb bir problemə çevrilib. Problem və çatışmazlıqları aradan qaldırmaq üçün hər kəsin səy göstərməsi lazımdır. Bir neçə qrup su və elektrik problemini xalqı qızışdırmaq üçün istifadə etmək istəyir. Bu, həssas və təhlükəli məsələdir. Mövcud prosesdə xalqı səbrli olmağa çağırıram. Problemi atlatmaq üçün iqlim və hava şərtlərinə uyğun planlaşdırmalar aparırıq.”



Әlaqәli Xәbәrlәr