Bәşәr Әsәd rejiminin hücumu nәticәsindә üç uşaq da hәlak oldu

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Bәşәr Әsәd rejiminin hücumu nәticәsindә üç uşaq da hәlak oldu

Bәşәr Әsәd rejiminә aid döyüş tәyyarәlәri İdlibdәki yaşayış mәntәqәlәrini intensif atәşә tutub.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Mәlumata görә, hücum nәticәsindә 3 uşaq hәlak olub, azı 8 nәfәr  yaralanıb.

Bәşәr Әsәd rejiminin bölgәyә üç gün әrzindә endirdiyi zәrbәlәr nәticәsindә 10 dinc sakin hәlak olub.

Qeyd edәk ki, 2017-ci ilin 4-5 may tarixlәrindә Qazaxıstanın paytaxtı Astanada Suriya ilә bağlı keçirilәn iclasda  İdlib şәhәri vә әtrafındakı bölgәlәr deeskalasiya zonası elan edilmişdi.



Әlaqәli Xәbәrlәr