• Video Qalereya

Suriyanın ərazi bütövlüyünə sahib çıxılmalıdır

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasimi Tehranda Xarici İşlər Nazirliyində təşkil etdiyi mətbuat konfransında söylədi.

Suriyanın ərazi bütövlüyünə sahib çıxılmalıdır

İran Suriya probleminin həlli üçün Astana danışıqlarının davam etməsinin zəruriliyini qeyd etdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasimi Tehrandakı Xarici İşlər Nazirliyində təşkil etdiyi mətbuat konfransında: "Suriyanın ərazi bütövlüyünə sahib çıxılmalıdır" dedi.

İsrailin Suriyadakı T-4 hərbi bazasına təşkil etdiyi və bəzi İran əsgərlərinin də ölümünə səbəb olan hücumu ilə əlaqədar Qasımi bunları qeyd etdi: "İsrailin bölgədəki müsəlmanlara və xüsusilə, Suriya xalqına qarşı düşməncəsinə törətdiyi hücumlar davam edir. Bu növ hücumlar cavabsız qalmayacaq" 

Xarici İşlər Nazirliyinin sözçüsü Anadolu Xəbər Agentliyi müxbirinin əfqanların qeyri-qanuni yollarla İran üzərindən  Türkiyəyə keçmələri ilə bağlı verdiyi suala cavab olaraq mövzu ilə əlaqədar aparılan işlərin davam etdiyini bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr