Kərkükdə gərginlik

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Təhlükəsizlik Agentliyi İraq ordusu və Haşdi Şabinin Kərkükdə hərbi yığınaq etdiyini, neft quyuları və hərbi hava limanlarına nəzarəti planlaşdırdığını iddia etdi.

Kərkükdə gərginlik

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Təhlükəsizlik Agentliyi İraq ordusu və Haşdi Şabinin Kərkükdə hərbi yığınaq etdiyini, neft quyuları və hərbi hava limanlarına nəzarəti planlaşdırdığını iddia etdi.

Təhlükəsizlik Agentliyinin “Twitter” hesabında yer tutan açılamada “İraq ordusu və Haşdi Şabinin Kərkükün cəbundakı Bəşir kəndi və Tazəhurmatu qəsəbəsinə tank, top, hummer və digər ağır zirəhlilərlə yığıncaq etdiyi müəyyənləşdirildi” ifadəsi yer tutub.

Açıqlamada İraq ordusu və Haşdi Şabinin şəhərin cənubuna etdiyi hərbi yığıncağın səbəbinin Peşmergənin nəzarətindəki neft quyuları, hava limanı və hərbi bazaları ələ keçirmək olduğu irəli sürülüb.

Ayrıca açıqlamada Peşmergə ilə İraq ordusu və Haşdi şabi qüvvələri arasındakı ə-məsafənin 3 km olduğu bəyan edilib.

Kərkük Qərb Cəbhəsinin Peşmergə komandiri Kamal Kərküki isə Anadolu xəbər agentliyinə verdiyi bəyanatda Haşdi Şabinin cənubun bölgəsindən irəliləməyə başladıqlarını təsdiqləyərək, bölgədə hərbi gərginlik olduğunu söyləyib.

Kərküki bütün Peşmergə qüvvələrinin mövqelərdə yerləşdiyini, ehtimal olunan bir müdaxilənin isə cavabsız qoymayacaqlarını dilə gətirib.

Şəhər mərkəzində son vəziyyət haqqında isə Kərküki deyib ki, vətəndaşlardan bəziləri əllərinə silah götürüblər, onlar Haşdi Şabinin şəhərə girməsinin əleyhinə olduqlarını bildiriblər.

İraqın Baş naziri Heydər Əl-İbadi mövzuya dair yaydığı bəyanatda xalqa atəş açmayacaqlarını və kürdlərlə qarşıdurma başlatmayacaqlarını bildirmişdi.

Digər tərəfdən Baş nazir Heydər Əl-İbadinin üzvü olduğu İraq İslami Dava Partiyasının Kərkükdəki bürosuna silahlı hücum olub.

Kərkük polis idarəsi hücumda can itkisinin olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr